1979-cü il oktyabrın 27-də Bakı şəhərində anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
2002-ci ildə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə magistr dərəcəsi almışdir.
2001-ci ildə «Marketinq və ticarət» kafedrasında işə başlamışdır.
2009-cu ildən «Ticarət» kafedrasında işləyib.
2017-ci ilə kimi “Ticarət və gömrük işinin təşkili” kafedrasının, 2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.
Kommersiya, xarici-iqtisadi siyasət, istehlak bazarı, nəqliyyat və logistika sahələrinin aktual problemlərinə həsr olunan 3 dərsliyin, 7 tədris proqramının həmmüəllifidir və 20 yaxın elmi məqalənin müəllifi və həmmüəllifidir.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI
26-29 aprel 2022-ci il tarixlərində UNEC və Ural Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Россия и мир в новых реалиях: изменение мирохозяйственных связей” XII Avrasiya İqtisadi Gənclər Forumunun (AİGF) Təşkilat Komitəsi tərəfindən təşəkkürnamə forumun təşkilatçılığında iştiraka görə.