UNEC-in 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir.
Əsas Tədris Binası Bakının tarixi memarlıq tikililərindən sayılır. Bina 1901-1904-cü illərdə Bakı milyonçusu Musa Nağıyev tərəfindən memar D.D.Buyanovun layihəsilə tikilib. İtaliya inzibati stilində olan monumental binanın tikilməsində simmetrik plandan tamamilə imtina edilib. Ərazinin relyefinə və keçmiş Nikolayev küçəsinin (indiki İstiqlaliyyət küçəsi) quruluşuna uyğun tikilən bina Bakının memarlıq ansamblının nadir inciləırindən sayılır.
UNEC Biznes Məktəbi
Beynəlxalq İqtisadiyyat Məktəbi
Sabah Mərkəzi
Maliiyə və Mühasibat
Beynəlxalq iqtisadiyyat və biznes
Maliyyə və audit
Biznesin idarə edilməsi
UNEC Rəqəmsal Texnologiyalalar
Elmi fəaliyyətin təşkili və idarə edilməsi
Beynəlxalq Əməkdaşlıq
Maliyyə və Təminat
Xarici Dillər
UNEC Kitabxana İnformasiya Mərkəzi
Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi
Tələbə işləri mərkəzi
UNEC Biznes Mərkəzi
UNEC İmtahan Mərkəzi
Yaradıcılıq Mərkəzi
UNEC Psixoloji Xidmət Mərkəzi
Bina ilk olaraq Bakı Realını Məktəbi üçün inşa edilib. Klassik üslubda tikilmiş binada müxtəlif illərdə bir neçə dəfə təmir-bərpa işləri aparılıb. Tədris və inzibati heyətin yerləşdiyi 4 mərtəbəli binadan, 3 nömrəli tələbə poliklinikasından, UNEC Extern mərkəzinin 2 mərtəbəli yerləşdiyi binadan və 7/24 elektron kitabxananın yerləşdiyi 3 mərtəbəli binadan ibarətdir.
Universitetin 1 saylı tədris binası 3 ayrı tikilidən ibarət olmaqla Səbail rayonu İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşir. Tədris və inzibati heyətin yerləşdiyi bina 3 mərtəbə, zirzəmi və mansard olmaqla 14599,6 kv.m., 3 nömrəli tələbə poliklinikasının və UNEC Extern mərkəzinin yerləşdiyi bina 2 mərtəbə və mansard olmaqla 565,1 6 kv.m., 7/24 elektron kitabxananın yerləşdiyi bina isə 3 mərtəbə
olmaqla 284,4 6 kv.m. faydalı sahədən ibarətdir. Tədris Binasında inzibati və pedaqoji struktur bölmələr üzrə otaqlar 3832 6 kv.m., auditoriyalar 3853 6 kv.m., laboratoriyalar 190 6 kv.m., kitabxana otaqları 598 6 kv.m., yeməkxana 880 6 kv.m., akt zalları 736 6 kv.m. və poliklinika 178,1 6 kv.m., nəşriyyat 187 6 kv.m. təşkil edir.