
Səbinə Hüseynova
1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2003/2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili almış , 2009-cu ildə isə “Maliyyə və kredit” ixtisası üzrə magistraturanı bitirmişdir.
2021-ci ildə “Qiymətli kağızlar bazarında maliyyə-kredit institutlarının təşəkkülü və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
2011-ci ildən əmək fəaliyyətinə başlayıb.
2011-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində tyutor vəzifəsində işə başlayıb.
Kompyuter proqramlarında Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook proqramlarını yüksək səviyyədə işləməyi bacarır. Rus dilində əla, türk dilində əla, ingilis dilində yaxşı danışır.