Mehriban  Dövlətova

Mehriban Dövlətova

Tyutor

Avesis链接

1986-cı ildə Bakı­­­­­ şəhərində  anadan olmuşdur.

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr  təhsili almış, 2009-cu ildə  isə  “Mühasibat uçotu və audit” ixtisası üzrə magistraturanı bitirmişdir.

2008-ci ildən etibarən  Azərbaycan Dövlət İqtisad Universitetində laborant vəzifəsində işə başlayıb.
2010-cu ildən isə tyutor vəzifəsində işləyir.

2013-cü ildən 5303.01 - “Mühasibat uçotu” ixtisası üzrə dissertantdır.
Hal-hazırda İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Təhsil müəssisələrində xərclərin maliyyələşdirilməsi, uçotu və auditinin təkmilləşdirilməsi” mövzusunda elmi-tədqiqat işinin üzərində tədqiqatı davam edir.
Əsasnaməyə uyğun olaraq və rəhbərliyin verdiyi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirir.
Kompyuter proqramlarında Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook proqramlarını yüksək səviyyədə  işləməyi bacarır. Rus dilində əla, ingilis dilində yaxşı danışır.