Gəray Mirzəyev Surxay
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti
1975-ci ildə Yuxarı Aran kənd orta məktəbini bitirib.
1980-1985-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirib.
1986-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda qiyabi aspirant olub.
1985-1998-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində çalışmışdır.
1993-cü ildə «Xəzər dənizi Böyük Qızılağac körfəzinin bentik faunasının növ tərkibi və miqdarca yayılması» mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1999-cu ildən BDƏKİ-də, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında baş müəllim vəzifəsində çalışıb.
2001-2008-ci illərdə «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasında, 2009-2014-cü ilədək «Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası» kafedrasında, 2015-2020-ci ilədək “İstehlak mallarının ekspertizası” kafedrasında dosent vəzifəsində çalışıb.
2020-ci ildən isə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik” fakultəsinin Həmkarlar bürosunun sədri vəzifəsində çalışır.
2017-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən, 2020-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə universitet tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.
 Ekologiya mühəndisliyi ixtisası üzrə aşağıdakı fənlərin təlim proqramlarını uğurla başa vurmuş və sertifikatlara layiq görülmüşdür:
1. Ümumi ekologiya (təlimçi: Türkiyənin Qazi Universitetinin prof.dr. Ali Gül);
2. İqlim dəyişmələri və qlobal istiləşmə (təlimçi: Türkiyənin Hacettepe Universitetinin, dr. (PhD) Aytac Perihan Akan);
3. Ekologiya mühəndisliyində bioloji proseslər (təlimçi: Türkiyənin İstanbul Universitetinin prof.dr. Serdar Aydın);
4. Ətraf mühitə təsirin qiymətləndirilməsi (təlimçi: Türkiyənin Qazi Universitetinin prof.dr. Beril Salman Akın);
5. Məsafədən zondlamanın fiziki əsasları (təlimçi: Türkiyənin Karabük Universitetinin prof.dr. Fatih Aydın);
6. Hidrologiya (təlimçi: Artvin Çoruh Universitetinin dos.dr. Ayla Bilgin);
7. Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi (təlimçi: Artvin Çoruh Universitetinin dos.dr. Ayla Bilgin).
https://scholar.google.com/citations?user=zlHwpVMAAAAJ&hl=ru
https://orcid.org/0000-0003-2827-4508
https://www.scopus.com/authid/detail.uri?origin=resultslist&authorId=57205683442
https://www.researchgate.net/profile/Gray-Mirzyev
https://www.webofscience.com/wos/author/record/AHC-9842-2022
Ailəlidir. İki övladı var.