Magistraturaya qəbul prosesi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunur.
Qeydiyyat: Yanvar–Fevral aylarında elektron ərizə qəbulu
I mərhələ imtahanı: Fevral–Mart
II mərhələ imtahanı (ixtisas imtahanı): May–İyun
Ixtisas seçimi və yerləşdirmə: İyul–Avqust
Əcnəbi vətəndaşların qəbulu birbaşa universitetlər tərəfindən aparılır. Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris alacağı dili bilmə səviyyəsi təhsil müəssisəsi tərəfindən yoxlanılır və tələblərə uyğun gəldikləri halda onların qəbulu rəsmiləşdirilir.
Qəbul elektron formada həyata keçirilir. Əcnəbi abituriyentlər portal.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanırlar.
İmtahanda bakalavrlara mәntiqi tәfәkkürün yoxlanılması üçün 50 (o cümlәdәn açıq tipli 5), İnformatika üzrә 25 (o cümlәdәn açıq tipli 5) test tapşırığı, Xarici dil üzrә isә 20 (o cümlәdәn açıq tipli 2) test tapşırığı vә yazı işi (esse) yerinә yetirmәk üçün mövzu təqdim olunur.
İmtahan suallarının cavablandırılmasına 3 saat 30 dəqiqə vaxt ayrılır.
Magistraturaya qəbul imtahanında әldә oluna bilәn maksimal nәticә 100 baldır.
•seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
•əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
•sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
•etibarlı sərhədkeçmə sənədi;
• 3x4 ölçüdə fotoşəkil;
• tədris dilindən imtahan verilməsi barədə sertifikat (əgər varsa);
• fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (əgər varsa).