Fatimə Musayeva Məcid
"Biznes və menecment" fakültəsinin tyutor vəzifəsində çalışır.
1988-ci ildə Moskva şəhərində anadan olmuşdur.
2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes inzibatçılığı” fakültəsinin “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə bakalavr təhsili almış , 2012-ci ildə isə “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə magistraturanı bitirmişdir.
2012-ci ildən əmək fəaliyyətinə başlayıb.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznes və menecment" fakültəsinin tyutor vəzifəsində çalışır.
2023-cü ildə etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 5308.01-“Ümumi iqtisadiyyat” ixtisası üzrə əyani doktorantıdır.
Hal-hazırda “Postkonflikt ərazilərdə investisiya-maliyyə mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi problemləri” mövzusunda dissertasiya işi üzərində tədqiqat aparır.
Xarici dil - Rus, Türk, İngilis dilləri.