Fatimə  Musayeva

Fatimə Musayeva

Avesis linki

1988-ci ildə ­­­­­­­­­­­­­­­­­­ RF, Moskva şəhərində  anadan olmuşdur.

2006-2010-cu illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes inzibatçılığı” fakültəsinin “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə bakalavr  təhsili almış , 2012-ci ildə  isə  “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə magistraturanı bitirmişdir.

2012-ci ildən əmək fəaliyyətinə başlayıb.
2012-ci ildən etibarən  Azərbaycan Dövlət İqtisad Universitetinin tyutor  vəzifəsində çalışır.  

2023-cü ildə etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 5308.01-“Ümumi iqtisadiyyat” ixtisası üzrə əyani doktorantıdır.
Hal-hazırda “Postkonflikt ərazilərdə investisiya-maliyyə mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi problemləri” mövzusunda dissertasiya işi üzərində tədqiqat aparır.

Əsasnaməyə uyğun olaraq və rəhbərliyin verdiyi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirir.
Kompyuter proqramlarında Word, Excel, PowerPoint, Outlook, yüksək səviyyədə, xarici dillərdən Rus, Türk dillərini yüksək səviyyədə, İngilis dilini yaxşı səviyyədə bilir.