Hüquq şöbəsi

Hüquq şöbəsinin məqsədi universitetin fəaliyyətində hüquqi məsələləri həll etmək və proseslərin qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməkdir.

UNEC-in Hüquq şöbəsi universitetin Eımi Şurasının 17 mart 2014-cü il
tarixli Qərarı əsasında 07 aprel 2014-cü il tarixində yaradılmışdır. Hüquq şöbəsinin Əsasnaməsi 29 may 2014-cü il tarixində Elmi Şuranın iclasında təsdiq edilmişdir. Şöbə UNEC-in fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin edir, normativ-hüquqi bazasının yaradılması işini təşkil edir. Şöbənin əsas vəzifələri UNEC-in müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərini təşkil etməkdən, universitetin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, dövlət orqanlarında,

fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etməkdən, eləcə də hüquqi təhlil və ekspertiza işini təşkil etməkdən ibarətdir. Əlavə olaraq şöbə protokol, müqavilə, əmr, sərəncam və digər sənəd layihələrinə rəy verir, UNEC- in struktur bölmələri, habelə təşkilatın sərəncamına verilmiş müəssisə, idarə və təşkilatlar tərəfindən hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması üzərində rəhbərliyi həyata keçirir, struktur bölmələrə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlər və məsləhətlər verir, qanunvericilikdəki dəyişiklikləri izləyərək UNEC-in müvafiq strukturlarını məlumatlandırır.

.

Şöbə xəbərləri

14 ноября 2024
UNEC-də inzibati heyət üçün təlimlər davam edir
02 ноября 2018
Açıq Hökumətin təşviqinə dair mühazirələr

Контакты

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə

Телефон

(994) 12 492-59-03 (1131)

Электронная почта

k.bunyadova@unec.edu.az

Digər bölmələr