Zabit  Aslanov  Yunus

Zabit Aslanov Yunus

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının professoru

Ссылка Avesis
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
 aslanov.zabit@mail.ru
23 iyul 1962-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur.
1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma” fakültəsini bitirmiş və 1990-cı ilədək təyinatla Azərelektroterm istehsalat birliyində mühəndis-texnoloq vəzifəsində işləmişdir.
1990-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin aspirantı olmuş, 1992-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1992-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin  “Metrologiya və standartlaşdırma” kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında dosent vəzifəsində işləmişdir.
2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında müdir vəzifəsində çalışıb.
Texnika üzrə elmlər doktoru, professordur.
Hazırda "Mühəndislik və tətbiqi elmlər" kafedrasının professorudur.
Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının qərarı ildə 2019-cu ildə “Qızıl Qələm” və “İlin alimi” Media Mükafatına layiq görülmüşdür.

Yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi pedaqoji fəaliyyətinə və Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə 2025-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təşəkkürnaməsi ilə təltif edilmişdir.
Evlidir, iki övladı var.