Natəvan  Qədimova  Səfər

Natəvan Qədimova Səfər

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti

Ссылка Avesis
 Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
28 oktyabr 1962-ci ildə Ermənistan SSR Vardenis rayonunun Nərimanlı kəndində anadan olmuşdur.
1962-1965-ci illərdə Nərimanlı kənd orta məktəbində oxumuş, 1979-cu ildə Baki şəhəri Nərimanov rayonu 36 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir.
1980-cı ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin əyani bölməsinə daxil olmuş, 1985-ci ildə  fərglənmə diplomu ilə bitirmişdir.
 3309.01- «Qida məhsullarının texnologiyası» ix­­ti­sasında texnika elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 2018-2023-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin qiyabi dissertantı olmuşdur. 30 iyun 2025-ci il tarixində Birdəfəlik dissertasiya şurasının icla­sın­da «Bitki mənşəli bioloji fəal əlavələrin tətbiqi ilə içkilərin texno­lo­gi­yasının təkmilləşdirilməsi» mövzusunda yazdığı dissertasiyanın mü­dafiəsi olmuşdur.
Həmin ildən başlayaraq Ümumittifaq Ət-Süd sənayesinin Elmi-Tədqiqat İnstitutunun Bakı şöbəsində mühəndis-texnoloq,  kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.
1987-ci ildə Moskva şəhərində qiyabi aspiranturaya qəbul olaraq, 1993-cü ildə  namizədlik dissertasiyasını müdafiə etmiş və  05.18.04 – “Ət, süd və balıq məhsullarının texnologiyası” ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1995-ci ildən Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim, əyani şöbənin müdiri vəzifələrində çalışmışdır.
2003-cü ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin  “Ət, balıq və süd məhsullarının texnologiyası” kafedrasında baş müəllim, dosent əvəzi, dosent vəzifələrində işləmişdir.
AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23  sentyabr 2008-ci il tarixli  qərarı ilə ona dosent elmi adı verilmişdir.
2020-ci ilə kimi “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti olub. Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
2004-2010-cu illərdə “Ət, balıq və süd məhsullarının texnologiyası” kafedrasında  müdir müavini vəzifəsində işləmişdir. 
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ilinin nəticələrinə görə ilk yüzlüyə daxildir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdir.
Azərbaycan Dövlət İqtisad  Universitetində (UNEC) differensial əmək haqqı sistemində tədris ilinin nəticələrinə görə dəfələrlə yüzlüyə daxil olmuşdur.

2011 - 2013-cü  illərdə İlin müəllimi adına layiq görülmüşdür.

Ailəlidir, iki övladı var.