Məhəmmədəli  Nuriyev  Nurəddin

Məhəmmədəli Nuriyev Nurəddin

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının professoru

Ссылка Avesis
 Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
24 fevral 1962-ci ildə Zərdab rayonunun Alıcanlı kəndındə müəllim ailəsində anadan olmuşdur.
1969-1979-cu illərdə həmin kənddə orta təhsili başa vurduqdan sonra 1980-1982-ci illərdə hərbi xidmətə getmiş, hərbi xidməti başa vurduqdan sonra isə 1982-ci ildə Ç.İldrım adına Apərbaycan Politexnik İnstitutuna müsabiqədən kənar yolla imtahan verərək təhsil almaq üçün Xalqlar Dostluğu ordenli Y.Axunbabayev adına Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun hazırlıq fakultəsinə göndərilmişdir.
1983-cü ildə həmin institutuna qəbul olunmuş və 1988-cı ildə bitirərək mühəndis-mexanık ixtisasına yiyələnmişdir.
1988-ci ildə Azərbaycan Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Texnologiya İnstitutunun elmi tədqiqat şöbəsində laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1991-ci ildə Azərbaycan Təhsil Nazirliyi tərəfindən Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun məqsədli aspiranturasına göndərilmiş və 1994-cü ilin sentyabırında “Çarpaz sarınan bağlamaların strukturlarına səmərəli nəzarət üsulu yaratmaq məqsədi ilə onların əmələ gəlmə proseslərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1994-1998-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun “Əmək fəaliyyətinin təhlükəsizliyi” kafedrasında saathesabı müəllim kimi çalışmışdır.
1998-2000-ci illərdə M.N.Nuriyev Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Standartlaşdırma və sertifikasiya” kafedrasında assistent sonra dosent, 2000-ci ildən hal-hazıra kimi isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında dosent daha sonra professor vəzifəsində çalışmışdır.
Professor M.N.Nuriyev 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” və 2004-2006-cı illədə “Texnologiya və dizayn” fakultəsində dekan müavini işləmişdir.
2010-cu ilin sentyabr ayında M.N.Nuriyev 3326.01-“Toxuculuq və yüngül sənaye istehsalının materialşünaslığı” ixtisası üzrə “Toxuculuq bağlamalarının strukturuna və xassələrinə nəzarət netodları və vasitələrinin işlənməsi” mövzusunda doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Onun elmi rəhbərliyi ilə iki doktorantı fəlsəfə doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşlər. 
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)-in professorudur.

217 elmi-metodiki əsərlərin müəllifidir, onlardan: 3 monoqrafiya, 2 ixtira (1-i Azərbaycan Respublikası, 1-i SSSRİ), 6-patent (1-i Azərbaycan Respublikası, 5-i SSSRİ), 2 dərslik, 5 dərs vəsaiti, 6 metodiki göstərişlər, 17 tədris proqramı 176 müxtəlif məqalələr və konfrans materialları. Onlardan 31-sı “Scopüsun” 5-i isə “Clarivate Analytics” platformasında olan nüfuzlu jurnallarda çap olunmuşdur.
Professor M.N.Nuriyevin məqalələri əsasən Kolumbiya, Hindistan, Polşa, Almaniya, İvanova, Kostroma, Tombov, Voloqda, Xarkov, Daşkənd, Tiflis və Bakı şəhərlərində çap olunmuşdur.
Elmi tədqiqatlarının nəticələri isə Azərbaycan Respublikasının Gəncə və Rusiya Federasiyasının Koctroma şəhərlərində tətbiq olunmuşdur.


ELMİ ƏSƏRLƏRİ

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Professor Məhəmmədəli Nuriyev 2013-2016 - cı illərdə Azərbaycan Respublikasının Prezident Aparatı yanında Ali Attestasiya Komissiyasında texniki elmlər üzrə Ekspert Şurasının üzvüdur.
Ailəlidir, üç övladı var.