Mahir Mehdiyev Əliqulu
“Riyaziyyat və statistika” kafedrasının dosenti
 Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85
1970-ci ildə kənd ibtidai məktəbini, 1974-cü ildə Alpoud kənd 8 illik məktəbini, 1976-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirib.
1976-cı ildə Dnepropetrovsk Dövlət Universitetinin (Ukrayna SSR) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə ali təhsilini tamamlayıb.
1985-ci ildə Ukrayna SSR EA-nın Mexanika İnstitutunun aspiranturasını bitirib.
1983-1985-ci illərdə Ukrayna SSR EA-nın Mexanika İnstitutunda tədqiqatçı kimi çalışmış, 1985-1988-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1988-ci ilin oktyabr ayında «Dairəvi deşiklərə və radial çatlara malik nazik cisimlərin (lövhələrin) lokal dayanıqlığı və dağılması» mövzusunda dissertasiya işini müdafiə edərək, 1989-cu ilin mart ayında texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1991-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunda laboratoriya müdiri və “Tətbiqi riyaziyyat” kafedrasında asisstent vəzifələrində işləmişdir. 1993-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif vəzifələrdə işləmişdir.
2002.01 - “Deformasiya olunan bərk cisim mexanikası” ixtisasında “İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası” mövzusunda Mexanika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün  03 mart 2025-ci il tarixində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən BED 4.23 Birdəfəlik Dissertasiya Şurasının iclasında müdafiə etmişdir.
2005-ci ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat və statistika” kafedrasının dosentidir.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM, KONFRANS VƏ KONQRESLƏRDƏ İŞTİRAKI
· The World Congress on Advances in Structural Engineering and Mechanics (ASEM17), 28 August - 1 September, 2017, Ilsan (Seoul), South Korea.· VII International Joint Conference of Georgian Mathematical Union & Georgian Mechanical Union. Continuum Mechanics and Related Problems of Analysis dedicated to 125-th birthday anniversary of academician N. Muskhelishvili, Sept. 5-9, 2016. Batumi, Georgia.
· 1-st International Conference on Innovations in Natural Science and Engineering (ICINSE 2018), 3-6 January 2018, Turkish Republic of Northern Cyprus.
· The 6th International Conference on Control and Optimization with Industrial Applications Engineering (COIA-2018), 11-13 July 2018, Baku, Azerbaijan.
· 21.Ulusal Mekanik Kongresi,02-06 Eylül 2019, Niğde Ömer Halisdemir Üniversitrsi, Turkey.
· International Congress on New Trends in Mechanics (TNCTAM), September 02-05, 2025, Azerbaijan State Pedagogical University (Baku)
Ailəlidir, üç övladı var.