Elbrus  Əkbərov

Elbrus Əkbərov

Ссылка Avesis
Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət, 45 A, IV tədris binası
Telefon: +(994) 12 440-33-67, 440-00-85
elbrus_akbarov@unec.edu.az
15 yanvar 1974-cü ildə Ağdam rayonunda anadan olmuşdur.
1997-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitunun (hazırki UNEC) “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisasının bakalavr, 1999-cu ildə isə həmin ixtisasın magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1999-cu ildən əmək fəaliyyətinə həmin İnstitutda laborant kimi başlamış, 2001-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Kommersiya” kafedrasına müəllim vəzifəsinə keçirilmişdir.
2005-ci ildən “Marketinq” kafedrasında müəllim, 2017-ci ildən isə baş müəllim vəzifəsində çalışıb.
Hazırda “Biznes və logistika” kafedrasının dosentidir.
2017-ci ilin yanvar ayından Aqrar Tədqiqatlar Mərkəzinin dessertantı olub. 2024-cü ildə “Kənd təsərrüfatı məhsulları ixracının stimullaşdırıcı istiqamətləri” mövzusunda dissertasiya isi müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Bir sıra beynəlxalq və yerli konfranslarda məruzəçi və moderator olmuşdur.
2015-2016-cı illərdə Kommersiya fakültəsinin dekan müavini vəzifəsində işləyib.
Hazırda Biznes və menecment fakültəsinin dekan müavinidir.
25-ə qədər elmi əsərin müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris prosesinin təşkilində, universitetin ictimai həyatında, həmçinin özünü inkişaf sahəsində səmərəli fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə təşəkkürnamə və sertifikatlara layiq görülmüşdür.
UNEC-in 90 illik yubileyi münasibətilə yüksək ixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Ailəlidir. İki övladı var.