AK(b)P MK bürosunun eyni tarixli-1937-ci il 25 oktyabr tarixli qərarı ilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yeni rektoru Həbib Hüseynov (1937-1939) təyin edilmişdir. 1903-cü ildə Naxçıvan Muxtar Respublikasınin Şərur rayonunda anadan olmuş Həbib Hüseyn oglu Hüseynov 1936-ci ildə Sosial-İqtisad İnstitutunu fərqlənmə diplomi ilə bitirərək 1938-1942-ci illərdə ADU-nun aspiranturasında təhsil almış, 1959-cu ildə tarix elmləri namizədi alimlik dərəcəsinə, 1967-ci ildə dosent adına layiq görülmüşdür.
Həbib Hüseynov K. Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna 1937-ci ilin oktyabrından 1939-cu ilin may ayınadək rəhbərlik etmişdir.
Həbib Hüseynov K. Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna 1937-ci ilin oktyabrından 1939-cu ilin may ayınadək rəhbərlik etmişdir.