İkili diplom proqramları

UNEC tələbələri dünyanın nüfuzlu universitetlərində
təhsil alaraq eyni zamanda UNEC və tərəfdaş universitetin
diplomunu əldə edə bilərlər.

İkili diplom nədir?

UNEC tələbələrinə qlobal səviyyədə rəqabətədavamlı bilik və bacarıqlar qazandırmaq məqsədilə beynəlxalq tərəfdaşlarla ikili diplom proqramları həyata keçirir. Bu proqramlar sayəsində tələbələr həm UNEC, həm də xarici universitetdən diplom alaraq karyeralarında mühüm üstünlük qazanırlar.

Proqramların Siyahısı

Tərəfdaşlar İxtisaslar Şərtlər
UNEC & Rusiya Ali İqtisadiyyat Məktəbi

Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat, Marketinq, Menecment

Tələbələr I kursun ikinci semestrindən / erkən mərhələdə qoşula bilərlər