Tədqiqat Mərkəzləri

“UNEC-100” İnkişaf Strategiyasında əks olunan strateji məqsəd və hədəflərə tez bir zamanda nail olmaq, universitetin elmi potensialını və elmi tədqiqatçı heyətinin sayını artırmaq məqsədilə UNEC-də Tədqiqat Mərkəzləri yaradılıb.

Hazırda UNEC-də müxtəlif istiqamətlər üzrə 48 tədqiqat mərkəzi fəaliyyət göstərir. Elmi mərkəzlər üçün başlıca prioritet müasir tələblər səviyyəsində iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə yeni elmi təfəkkürün və innovasiyalı iqtisadiyyatın formalaşması, fundamental elmi-tədqiqatların aparılması, yüksək ixtisaslı iqtisadçılar tərəfindən öyrənilməsi və tədqiq edilməsidir.

UNEC Tədqiqat Mərkəzləri və onların əldə etdikləri elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaratmışdır. Mərkəzlərin elmi istiqamətlərinə uyğun olaraq yerli və xarici tədqiqatçılar cəlb olunur.

UNEC tədqiqat mərkəzləri

UNEC Tədqiqat Mərkəzləri Elmi Şurada təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərirlər. Əsasnamədə UNEC Tədqiqat Mərkəzlərinin fəaliyyət istiqamətləri, məqsədləri, vəzifələri, hüquq və öhdəlikləri əks olunub.

Mərkəzlərin fəaliyyət planında illik tədqiqat mövzuları, yerli və beynəlxalq layihələrə müraciət, beynəlxalq və respublika səviyyəsində elmi və populyar nəşrlərdə elmi-tədqiqat nəticələrinin dərc olunması, elmi tədbirlərin təşkil edilməsi, təbliğat xarakterli tədbirlər, əməkdaşlıq tədbirləri öz əksini tapır.