Mirağa Əhmədov

Mirağa Əhmədov

Avesis linki

Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət, 45 A, IV tədris binası
+(994) 12 440-33-67, 440-12-69
492-59-03 (1402)
miraga.ahmedov@unec.edu.az

Əhmədov Mirağa Məhərəm oğlu 1976-1986-cı illərdə Ağdam rayonunda orta məktəbdə təhsil almışdır.
1991-1996-cı illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1993-1996-cı illərdə İnstitutun Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur.
1996-2000-ci illərdə həmin İnstitutun “Kommersiya və reklam işi” kafedrasında assistent işləmişdir.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya və reklam işi” kafedrasında baş müəllim işləmişdir.
2004-cü ildən “Marketinq” kafedrasında calışmışdır.

2004 – 2014-cü illərdə “Texnologiya və dizayn” fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinin dekanı olub.
Hazırda Biznes və menecment fakültəsinin dekanıdır.

Tədris etdiyi fənnlər:
Bakalavr pilləsində:  “Marketinq”
Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:
1.“Turizm marketinqi” (magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos.T.İ.İmanov, dos.L.A.Hacıyeva)
2.“Xidmət sahələrinin marketinqi” “İqtisad Universiteti” nəşriyyatı.

50-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və  dərs proqramının müəllifidir. 9 elmi məqaləsi beynəlxalq jurnallarda çap edilmişdir.

Elmi  əsərlərin  siyahısı

2015-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramında (Ali Təhsilin idarə edilməsi) iştirak edərək Beynəlxalq sertifikata layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Elm və təhsil naziri tərəfindən, Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə və yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi və pedaqoji fəaliyyətlərinə görə, Əhmədov Mirağa Məhərrəm oğlu 2025-ci il 8 iyul tarixində "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, İqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasının dosentidir. 2012-ci ildən AzMEA-nın İqtisadiyyat İnstitutunda doktorantdır.