Mehriban  Yusifova   Rauf

Mehriban Yusifova Rauf

"Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir

Avesis linki
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
17 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1984-1994-cü illərdə 225 saylı orta məktəbdə oxumuşdur. 1994-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutuna daxil olmuş, 1999-cu ildə  həmin institutun “Qida məhsullarının texnologiyası” istiqaməti üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2001-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin (həmin ixtisasın) magistr pilləsini  fərqlənmə diplomu ilə bitirmişdir.
2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Qida təyinatlı müxtəlif materialların mikrobiotası və onların tullantılarının biokonversiyası” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
1997-1999-cu illərdə “Qida  məhsullarının texnologiyası” kafedrasında çalışmışdır.
1999-2001-ci illərdə Yimpaş-Babatürk LTD şirkətində laboratoriya müdiri vəzifəsində işləmişdir.
2001-ci ildən yenidən “Qida  məhsullarının texnologiyası” kafedrasında çalışmağa  başlamışdır.
2014-cü ildə AMEA-nın Mikrobiologiya İnstitutunda “Qida təyinatlı müxtəlif materialların mikrobiotası və onların tullantılarının biokonversiyası” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2017-ci ildən elmlər doktoru proqramı üzrə AMEA Mikrobiologiya İnstitutuna Biotexnologiya istiqaməti üzrə  doktoranturaya qəbul olmuşdur.
2011-ci ildən kafedrada saat hesabı dərs aparıb, 2020-ci ilə kimi həmin kafedranın müəllimi, 2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilmişdir.Hazırda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
DİM-də “Qida mühəndisliyi” istiqaməti üzrə magistr pilləsinə qəbul  zamanı test tərtibçisi eksperti kimi fəaliyyət göstərmişdir. 
(UNEC) MBA və (UNEC) SABAH Mərkəzində saat hesabı qaydada ixtisas fənlərini tədris edir.
“Özünüqiymətləndirmə və keyfiyyətin yüksəldilməsi” şurası tərkibində fəaliyyət göstərən “Keyfiyyət elçiləri”–nin üzvüdür.
FƏXRİ FƏRMAN - Yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə və UNEC-in 95 illik yubileyi münasibətilə, ƏMR №498/3/2025 (18.07.2025)
Akademik profillər:
Orcid
ResearchGate
Scopus
Google Scholar
Webofscience

Asiya Elmlər Akademiyasının üzvüdür. 
Ailəlidir, iki övladı var.