Lalə   Həmidova Adil

Lalə Həmidova Adil

"Tətbiqi iqtisadiyyat" kafedrasının dosenti

Avesis linki
Bakı, Həsən Əliyev 135 (II Tədris binası)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehsalın iqtisadiyyatı və idarə edilməsi» ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildə «İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşdur.
2005-ci ildə “Bazar iqtisadiyyatı şəraitində sənayedə struktur dəyişikliklərinin investisiya prioritetləri” mövzusunda dissertasiya işini müdafiyə etmişdir.
2006-cı ildə iqtisad elmləri namizədi adını almışdır.
2000-2002-cı illərdə “Sənayenin iqtisadiyyatı” kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2003-2017-ci illərdə “Müəssisənin iqtisadiyyatı” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrini tutmuşdur.
Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti idi.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.
2022-ci ildən “Menecment”, “Biznesin idarə edilməsi”, “Sosial iş” ixtisasları üzrə ixtisas rəhbəridir.

Ailəlidir, iki övladı var.