İradə  Ələkbərova

İradə Ələkbərova

BM fakültəsi Tyutor xidməti bölməsinin rəhbəri

Avesis linki

1977-cı ildə Bakı­­­­­ şəhərində  anadan olmuşdur.

1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin  “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr  təhsili almış, 2011-cü ildə  isə  “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə magistraturanı bitirmişdir.

2005-ci ildən əmək fəaliyyətinə başlayıb.

2013-cü ildən etibarən  Azərbaycan Dövlət İqtisad Universitetində tyutor vəzifəsində işə başlayıb.

2016-2017-ci tədris ilində “Menecment” fənnindən dərs aparmışdır. 

2019-cu ildən Y.Məmmədəliyev adına Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun dissertantıdır.

 

Əsasnaməyə uyğun olaraq və rəhbərliyin verdiyi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirir.

Kompyuter proqramlarında Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook proqramlarını yüksək səviyyədə  işləməyi bacarır.