UNEC kollektivi şəhid Mahir Mirzəyevin məzarını ziyarət edib

  • 17 fevral 2026
  • 100

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu, Aprel döyüşlərinin şəhidi Mahir Mirzəyevin doğum günü münasibətilə fakültə kollekitivi və tələbələri şəhidin məzarını ziyarət edib.

Anım mərasimində UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov tələbələr ilə birgə şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.