UNEC dosenti Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edib

  • 07 aprel 2026
  • 43

7-8 aprel 2026-cı il tarixlərində Əl-Fərabi adına Qazax Milli Universitetində "Qlobal Dəyişikliklər Kontekstində Davamlı İqtisadi İnkişaf Paradiqması: Çətinliklər, Nəticələr və İmkanlar" mövzusunda 4-cü Beynəlxalq Elmi və Praktiki Konfrans keçirilib.

Nüfuzlu beynəlxalq platformada ölkəmizi UNEC-in "Tətbiqi iqtisadiyyat" kafedrasının dosenti Lalə Həmidova təmsil edib.

Konfransın açılış hissəsində məruzə ilə çıxış edən dosent Lalə Həmidova "Avropaya 'Yaşıl' Enerji Dəhlizinin Yaradılması Perspektivləri: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Regional Potensialı" mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda regionun yaşıl enerji imkanları və gələcək əməkdaşlıq perspektivləri elmi-praktiki əsaslarla təhlil olunub.