UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Azerbaijan Business Case Competition (ABCC) 2026-cı il üzrə final yarışmasında uğur qazanaraq qaliblər sırasında yer alıblar.
ISE tələbələri yarışmada yüksək nəticə göstərərək 2-ci və 3-cü yerlərə layiq görülüblər.
2-ci yerə layiq görülən komandanın üzvləri Şəhla Xankişiyeva, Emil Nəzərov, Ülkər İdayətova və Hüseyn İbrahimov, 3-cü yeri qazanan komanda isə Rəvan Baxışov, Nəzrin Səfərova, Nihad Həsənzadə və Aidə Tarverdiyevadan ibarət olub.
Qalib komandalarımız 2-ci yer üzrə 4000 azn, 3-cü yer üzrə isə 2000 azn məbləğində pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, ABCC Biznes Akademiyası və sessiyalarında ümumilikdə 26 komanda iştirak edib. Bu komandaların 13-ü UNEC tələbələrindən ibarət olub. Digər iştirakçılar ADA Universiteti, Bakı Ali Neft Məktəbi (BANM) və digər ali təhsil müəssisələrini təmsil ediblər. Sessiyalar zamanı iştirakçılar biznes keys analizi, strateji düşünmə və effektiv təqdimat bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər. Yarışma çərçivəsində tələbələr real biznes problemləri əsasında həllər hazırlayıb, təqdimatlarını sahə üzrə peşəkar mütəxəssislər qarşısında müdafiə ediblər.
Qeyd edək ki, 2026-cı ilin müsabiqənin Biznes Akademiyası təlimləri və sınaq təqdimatları (Mock Round) ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən UNEC-də təşkil olunub.