Kafedralarda tədris olunan fənlər
“Xarici dillərin tədrisi mərkəzi” UNEC-də xarici dil fənnini dörd bacarıq (oxu yazı,dinləmə və danışıq) üzrə təşkil edir. “Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi” UNEC-də tələbələrin imtahan zamanı 4 bacarıq üzrə qiymətləndirməsini həyata keçirir. Mərkəzin əməкdаşlаrı tədris оlunаn fənlərə dаir çох sаylı dərs vəsаitləri, кöməкçi vəsаitlər, tövsiyələr, prоqrаmlаr işləyib hаzirlаmış və nəşr еtdirmişdir.
“UNEC Dil Mərkəzi” (ULC) UNEC-də müxtəlif dillər üzrə hazırlıq kursları təşkil edir. UNEC Language Centre 7 oktyabr 2022-ci il tarixindən UNEC-in daxilində fəaliyyətə başlamışdır. Dərslər 4 dil bacarığının (yazı, oxu, dinləmə və şifahi nitq) inkişafına yönəlib. Tədris IELTS nəticəsi 8.5 və 8.0 olan CELTA, TEFL, həmçinin British Council tərəfindən verilmiş beynəlxalq Aptis C sertifikatlı müəllimlər tərəfindən aparılır. ULC British Council-ın IELTS imtahanı üzrə rəsmi tərəfdaşıdır.