2017-ci ildə UNEC-in “Gənc Müəllimlər Şurası”nın idarə heyətinin üzvü, 2018-ci ildə UNEC “Gənc Alimlər Şurası”nın üzvü seçilmişdir.
2016-2019-cu illərdə UNEC-in “Keyfiyyət elçisi” olmuşdur.
2011-ci ildə “Heydər Əliyev və Müstəqil Azərbaycanın 20 illik Sosial-İqtisadi İnkişafı” mövzusunda Respublika Elmi Məqalə Müsabiqəsində Doktorantlar arasında I yerə layiq görülmüş və mükafatlandırılmışdır.
2017-ci ildə UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında keçirilən elmi məqalə müsabiqəsində III yeri tutmuşdur.
2017-ci il Türkiyə Respublikasının İsparta şəhərində UNEC ilə Süleyman Demirel Universitetinin birlikdə təşkilatçılığı ilə “II Beynəlxalq İqtisadi və İnzibati Perspektivlər: Dayanıqlı Qlobal Rəqabət (International Economic and Administrative Perspectives (CIEP) Sustainable Global Competition)” mövzusunda beynəlxalq konfransda “Azərbaycanda rəqabət yönümlü iqtisadiyyatın formalaşmasında (istehlak və tədiyyə qabiliyyətli) tələbin rolunun təhlili” mövzusunda məruzə ilə çıxış etmişdir.
2018-ci ildə Türkiyə Respublikası İstanbul Universitetində UNEC-in qarşılıqlı elmi əməkdaşlıq çərçivəsində təcrübə proqramında iştirak etmişdir.
2018-ci ildə Türkiyənin İstanbul şəhərində Uluslararasi Stratejik ve Sosyal Araştırmalar Simpozyumunda məruzə ilə çıxış etmiş və bölmə moderatoru olmuşdur.
2019-cu ildə UNEC-in təşkilatçılığı ilə British Council-ın keçirdiyi “Academic Writing” kursunu müvəffəqiyyətlə bitirmiş və Aptis imtahan nəticəsi olaraq B2 səviyyə sertifikatı qazanmışdır.
2017-ci ildə “Web of Science” elmmetrik bazadan istifadənin əsasları, UNEC, Clarivate Analytics;
2018-ci ildə “Elmi-tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu nəşrlərdə dərc olunması mexanizmi” UNEC, Clarivate Analytics;
2018-ci ildə “Müasir müəllimin fərdi işçi planının (Syllabus) tərtibi” Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti, SABAH Mərkəzi;
2020-ci ildə UNEC-in təşkilatçılığı ilə “Distant təhsildə tədrisin təşkili və metodiki təminat” mövzusunda;
2021-ci ildə Elsevier-in təşkilatçılığı ilə “Best practices for submitting to Lancet journals and open access options” mövzusunda təşkil olunan və ixtisası üzrə bir sıra digər təlimlərdə iştirak etmiş və sertifikatlar qazanmışdır.
2021-ci ildə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.