Əliağa Əliyev  Ağaməşədi

Əliağa Əliyev Ağaməşədi

URTD-də mütəxəssis

رابط Avesis

(+99412) 492-59-03
Aliagha.aliyev@unec.edu.az
Bakı, İstiqlaliyyət, 6 (UNEC-in Əsas tədris korpusu)

1999-ci il 24 sentyabrda İsmayıllı rayon Lahıc qəsəbəsində anadan olmuşdur.

2005-2016-cı illərdə Lahıc qəsəbə tam orta məktəbini bitirmişdir. 2020-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin “Kompüter şəbəkələri və hesablama texnikasının təmiri və servis xidməti” ixtisasına qəbul olmuş, 2022-ci ildə həmin təhsil müəssisəsini 95.0500 ümumi orta diplom balı ilə bitirmişdir. 2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti Qiyab və Əlavə təhsil Mərkəzinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olmuş hal-hazırda 3-cü kurs tələbəsindir.

2021-ci ildən İsmayıllı rayonunda SOCAR “Azəriqaz İB”-də əmək fəaliyyətinə başlamışdır. 2024-cü ildə Azərbaycan Dövlət İqtisad Universiteti PHŞ-nin işə qəbul komissiyasından keçərəm UNEC Rəqəmsal Texnologiyalar Departamentinin İT mütəxəssisi vəzifəsində çalışır.

2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Microsoft Office və Microsoft Windows kursunu bitirmişdir. Bundan əlavə olaraq da Uğur İT Academy-də “İT Helpdesk” və  Matrix Academy-in UNEC üçün təşkil etdiyi “Front-end developer” kursuna qəbuldan uğurla keçmişdir.